Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru İrandadır

Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru İrandadır

Hazırda oxunan: Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru İrandadır

52325
Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Yukiya Amano İranın paytaxtı Tehrana səfər edib. 

ANS PRESS-in məlumatına görə, səfər İranın qarşısında öz nüvə fəaliyyətinin miqyasına dair məlumat verməsi üçün qoyulan müddətin avqustun 25-də bitməsi ərəfəsinə təsadüf edib. 

Beynəlxalq Atom Enerjisi Agentliyinin açıqlamasına görə, Yukiya Amanonun Tehrana səfəri Agentliklə İran arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüslərinin bir hissəsidir. 

Agentlik İranın nüvə proqramının nüvə silahı hazırlanmasına yönəldiyinə dair iddiaları araşdırmağa çalışır, Tehran isə Qərbin bu iddialarını rədd edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO