Avstraliyada matəm elan olunub

Avstraliyada matəm elan olunub

Hazırda oxunan: Avstraliyada matəm elan olunub

51436
Bu gün Avstraliyada matəm elan olunub.
Matəm Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynanın Donetsk vilayətində qəzaya uğraması nəticəsində 38 Avstraliya vətəndaşının həlak olması ilə əlaqədar elan edilib. İyulun 17-də qəzaya uğrayan təyyarədə 298 nəfər olub. 

Sidneydə minlərlə insan anım mərasiminin keçirildiyi kilsələrə axışıb. Sidney sakinləri qəza yerində qalıqların axtarışının dayandırılması ilə bağlı xəbərlərlə bağlı narahatlıqlarını bildiriblər. Belə ki, Niderlandın Baş naziri Mark Rütte Donetskdəki vəziyyətlə əlaqədar təhqiqatın davam etdirilməsinin təhlükəli olduğunu bildirib. 

Beynəlxalq ekspertlərin təhlükəsizliyinə zəmanət vermək çətin olduğu üçün təhqiqat hələlik dayandırılıb.


ANS PRESS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO