Malayziya təyyarəsinin vurulması hərbi cinayət kimi qiymətləndirildi

Malayziya təyyarəsinin vurulması hərbi cinayət kimi qiymətləndirildi

Hazırda oxunan: Malayziya təyyarəsinin vurulması hərbi cinayət kimi qiymətləndirildi

50646
Ukraynada separatçılarla hökumət qüvvələri arasında döyüşlərin getdiyi ərazidə Malayziya avialaynerinin vurulması hərbi cinayət kimi qiymətləndirilməlidir.

Moderator.az - ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley çıxış edib.
 
N.Pilley bildirib ki, “Malaysian airlines” şirkətinə məxsus təyyarə Ukraynadakı durum barədə hesabatın hazırlanması başa çatan kimi, yəni iyulun 17-də vurulub. Onun sözlərinə görə, hesabat iyunun 8-dən iyulun 15-dək olan müddəti əhatə edir.
 
BMT komissarı qeyd edib ki, tezliklə hadisənin detalları araşdırılmalı və bu barədə beynəlxalq müstəvidə ölçü götürülməlidir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO