Almaniyada koronavirusun beşinci dalğası gəlir

Almaniyada koronavirusun beşinci dalğası gəlir

Hazırda oxunan: Almaniyada koronavirusun beşinci dalğası gəlir

47044

Almaniyada koronavirus infeksiyasının beşinci dalğası başlaya bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox Virusologiya İnstitutunun direktoru Lotar Viler açıqlayıb.

"Əlaqə məhdudiyyəti və peyvəndlər müvəffəqiyyətsiz olarsa, mövcud simulyasiyalara görə, bizdə beşinci dalğa da olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, insanlar arasında təmasların məhdudlaşdırılmasına təcili ehtiyac var. O, almanları kütləvi tədbirlərdən, xüsusən də qapalı məkanlarda qaçmağa çağırıb. Ekspert vurğulayıb ki, bu tədbir ölkənin bütün regionlarına aiddir - "rəqəmlərin hələ də az olduğu federal torpaqlarda bizim onları aşağı səviyyədə saxlamaq şansımız var".

Mütəxəssis qeyd edib ki, sosial uzaqlaşmanın müsbət təsiri iki həftə ərzində nəzərə çarpacaq.

Həmçinin, peyvənd kampaniyasını gücləndirməyin də eyni dərəcədə vacib olduğunu deyib və kollektiv immunitetin sonradan özünü göstərəcəyi barədə xəbərdarlıq edib:

"Bunun nəticələri (immunlaşdırma sürətinin artması) üç-beş həftə ərzində görünəcək, peyvəndin orta müddətli təsiri var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO