Qorbaçov:

Qorbaçov: "Krım xalqı SSRİ-nin səhvini düzəldib"

Hazırda oxunan: Qorbaçov: "Krım xalqı SSRİ-nin səhvini düzəldib"

43358

“Əgər əvvəl Krım Ukraynaya sovet qanunları, daha doğrusu partiyanın qərarı ilə birləşdirilmişdirsə, indi xalqın özü bu səhvi düzəltməyə qərar verib". 

Moderator.az xəbər verir ki, bunu Mixail Qorbaçov "İnterfaks"a müsahibəsdə deyib.

Onun sözlərinə görə, buna görə sanksiya tədbiq etmək yox, alqışlamaq lazımdır. Qorbaçovun fikrincə, qərbin Rusiyaya sanksiya tədbiqi barədə hədələr etməyə ixtiyarı yoxdur.

 "Sanksiyanın tədbiq edilməsi üçün çox ciddi əsaslar olmalıdır. Onlar BMT tərəfindən dəstəklənməlidir. Krım əhalisinin iradəsini açıqlaması, eləcə də onun Rusiyayanın tərkibinə daxil olması belə əsas sayılmər".

Qeyd edək ki, Krımda mart ayının 16-da keçirilən referendum nəticəsində əhalinin 96,77 faizi Rusiyanın tərkibinə daxil olmağa səs verib.

 Bu gün isə Avropa İttifaqı Rusiya və Ukraynadan olan 21 nəfər haqqında sanksiya qəbul edib. Onların səhmləri dondurulub, Avropaya girişlərinə qadağa qoyulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO