“Türkiyənin BMT Təhlükəsizlik Şurasında yeri yoxdur” - Jirinovski 

“Türkiyənin BMT Təhlükəsizlik Şurasında yeri yoxdur” - Jirinovski 

Hazırda oxunan: “Türkiyənin BMT Təhlükəsizlik Şurasında yeri yoxdur” - Jirinovski 
42341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Türkiyənin iki böyük müharibələrin nəticələrinə görə BMT Təhlükəsizlik Şurasında yeri yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Prezident Rəcəb Tayyib Ərdoğanın Təhlükəsizlik Şurasının tərkibini genişləndirmək çağırışlarına cavab olaraq səsləndirib.

Daha əvvəl BMT Təhlükəsizlik Şurasında çıxış edən Ərdoğan BMT Təhlükəsizlik Şurası üzvlərinin sayını 20-dək genişləndirməyə çağırıb.

Ərdoğan müsəlman ölkələrinin hüquqları nəzərə alınmaqla BMT islahatının qaçılmaz olduğunu deyib.

Jirinovski tarixə üz tutaraq Türkiyənin dünya müharibələrində iki dəfə məğlub olan bir ölkə olduğunu xatırladıb:

“BMT Təhlükəsizlik Şurası qaliblər tərəfindən yaradılıb. Ərdoğan hara daxil olur? Təhlükəsizlik Şurasına! Ən böyük dəhşətli müharibəni qazanan var!". RİA Novosti Jirinovskidən sitat gətirib.

Qeyd edək ki, Türkiyə BMT-yə daxil olan ilk 50 dövlət sırasındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO