Azərbaycanla əlaqələrə bu dəfə İran prezidenti reaksiya verdi - RƏİSİNİN ÇIXIŞI

Hazırda oxunan: Azərbaycanla əlaqələrə bu dəfə İran prezidenti reaksiya verdi - RƏİSİNİN ÇIXIŞI

42236

İran prezidenti İbrahim Rəisi ölkəsinin regional və bölgəsəl ticarətdəki vəziyyətinin qənaətbəxş olmadığına toxunaraq, qonşu və bölgə ölkələri ilə əlaqələrin Tehranın prioriteti olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, İbrahim Rəisi ötən axşam canlı yayımlanan televiziya verilişində başçılıq etdiyi hökumətin bölgənin və qonşu ölkələrin problemlərinə yanaşmasından danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın şəhər və kəndlərində əhali susuzluqdan əziyyət çəkir - VİDEO


“İndiyə qədər keçirdiyim görüşlərin çoxu İrana göndərilən nümayəndə heyətləri ilə olub. Bu gün region ölkələrinin, xüsusilə iqtisadi və ticarət sahələrində İranla əlaqə qurmaqda ciddi iradəsi var və biz bu yöndə ikiqat fəaliyyət göstərməliyik. Bununla belə, iş adamlarına deməliyəm ki, bu fəaliyyətlər heç vaxt yetərli deyil”, - deyə o bildirib. 

Rəisi İranın xarici ölkələrdəki səfirliklərində müxtəlif ölkələrdən olan iqtisadi müşavirlərin fəaliyyəti ilə bağlı isə bunları deyib:

“Sözügedən müşavirlərin təyin edilməsi də həmin siyasətə xidmət edir və bu problemi həll etmək üçün bölgə ölkələrindəki səfirlərimizlə görüş keçirəcəyik”.  

İranm prezdentinin fikrincə, bölgə ölkələri İranla ticarət və iqtisadi əlaqələr qurmaq əzmindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO