“New York Times”dən Putinə məktub

“New York Times”dən Putinə məktub

Hazırda oxunan: “New York Times”dən Putinə məktub

41564
Moderator.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putindən Suriyada yaşananlar mövzusunda daha həssas olunması istiqamətində çağırış edilib.
Amerikanın məşhur  qəzetlərindən  olan  "New York Times"  Rusiya prezidenti Vladimir Putinə xitabən  yazılan və aralarında Madlen Olbrayt, Morton Abramoç kimi tanınmış siyasətçi, diplomat, din xadimləri və sənətçilərin olduğu 51 nəfərin imzasını daşıyan bir məktub dərc edib.
Məktubda Rusiyanı Suriyadakı insani drama həssas olmağa, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarına dəstək verməyə çağırılıb.
Açıq məktubda Soçidəki Qış Olimpiadasında dostluq və qardaşlıq mühiti meydana gəldiyi xatırlanaraq, buradan  min kilometr uzaqlıqdakı Suriyada isə böyük bir insani böhranın yaşandığı vurğulanıb.
Eyni vaxta  Suriya müxalifəti vəİnqilabçı Güclər Milli Koalisiyası ( SMDK ) tərəfindən yazılı açıqlama yayılıb və  Təhlükəsizlik Şurasının qərarına  dəstək verilməsi  istənilib. SMDK  qərara veto qoyulmasının Suriya xalqının daha çox qanının axmasına göz yumulması mənasını daşıyacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO