Nobel mükafatının builki laureatları haqda XƏBƏR

Nobel mükafatının builki laureatları haqda XƏBƏR

Hazırda oxunan: Nobel mükafatının builki laureatları haqda XƏBƏR
38740
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci il üzrə Nobel mükafatı laureatları yaşadıqları ölkələrdə mükafatlandırılacaqlar.

Bizim.Media İsveç KİV-lərinə istinadla xəbər verir ki, bu qərar Nobel Fondu tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar növbəti mükafatlandırma mərasimi ləğv edildikdən sonra verilib.

Stokholmda ənənəvi keçirilən Nobel mükafatı mərasimləri əvəzinə builki format müxtəlif tədbirlərdən ibarət olacaq.

2020-ci ildə COVID-19 pandemiyası artıq 12 laureatın ənənəvi şəkildə təntənəli mükafatlandırılmasından imtina etməsinə səbəb olub.

Tədbirin rəsmi ziyafəti də ləğv edilərək Avropa və ABŞ-da kiçik mərasimlərlə əvəzlənib.

Öz növbəsində, Norveç Nobel Komitəsi hər il Osloda keçirilən Nobel Sülh Mükafatı laureatlarının təqdimetməsini və onları əvvəlki qayda ilə mükafatlandırmaq imkanını hələ də nəzərdən keçirir. Komitə cari il oktyabrın ortalarında builki tədbirlərin formatını açıqlamağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO