Yaponiya səmasında odlu dairə müşahidə olunub

Yaponiya səmasında odlu dairə müşahidə olunub

Hazırda oxunan: Yaponiya səmasında odlu dairə müşahidə olunub

3815

Noyabrın 29-da gecə saatlarında səmada, Yaponiyanın qərbində yerləşən geniş ərazi üzərində odlu dairə müşahidə olunub.

Bizim.Media xəbər verir ki, NHK telekanalının kameraları yerli vaxtla gecə saat 1:34 dəqiqədə Mie, Aiçi prefekturalarında və digər yerlərdə odlu dairə qeydə alıb. Həmin kadrlarda meteorun bir neçə saniyə ərzində Yerə necə yaxınlaşdığı və sonra əmələ gələn güclü işıq dairəsi aydın görünür.

Yaponiyanın Tokay, Kansay və Sikoku regionlarında yaşayan çoxlu sayda insan nadir hallarda müşahidə edilən bu maraqlı təbiət hadisəsini sosial şəbəkələrdə paylaşıb.

NHK telekanalının Ehime prefekturasının Matsuyama şəhərində yaşayan əməkdaşının bildirdiyinə görə işıqlanma o qədər güclü olub ki, onu qapalı pərdənin arxasından belə müşahidə etmək mümkün olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO