Niderlandda İran əleyhinə etiraz aksiyası keçirildi - FOTO

Hazırda oxunan: Niderlandda İran əleyhinə etiraz aksiyası keçirildi - FOTO

37659

Senytabrın 19-da Niderlandın paytaxtı Amsterdam şəhərində İran əleyhinə etiraz aksiyası keçirilib. 

Bizim.Media xəbər verir ki, “Dam” meydanında baş tutan aksiyada İran hakimiyyəti əleyhinə şüarların əks olunduğu posterlər sərgilənib. 

Etirazçılar İranda siyasi fəalların edamının dayandırılmasını və şəriət sisteminin aradan qaldırılmasını, həbsdə olan siyasi məhbusların və işçilərin azad edilməsini tələb ediblər. 

Qeyd edək ki, İran əleyhinə oxşar etirazlar artıq bir neçə ildir ki, Niderlandın Amsterdam və Haaqa şəhərlərində təşkil olunur. 

Aksiyalar əsasən şəhərin mərkəzi meydanında və İran səfirliyinin qarşısında baş tutur.

Əsasən İranlı mühacirələrdən ibarət etirazçı qrup “Rədd olsun İran İslam Respublikası” şüarları ilə İrandakı insan ölümlərinə, qadınların və ictimai fəalların hüquqlarının pozulmasına diqqət çəkməyi hədəfləyir.

Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO