Rusiya Estoniya səfirliyinin əməkdaşını

Rusiya Estoniya səfirliyinin əməkdaşını "persona no qrata" elan etdi

Hazırda oxunan: Rusiya Estoniya səfirliyinin əməkdaşını "persona no qrata" elan etdi

31010

Estoniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Rusiya XİN-dən bildirilib ki, iyulun 7-də Estoniyanın Sankt -Peterburqdakı Baş Konsulluğunun baş konsulu Mart Lyatte diplomatik statusa uyğun olmayan fəaliyyəti ilə əlaqədar "persona non qrata" elan edilib.

Buna cavab olaraq isə Estoniya XİN iyulun 15-də Rusiyanın Estoniyadakı səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

"Bununla əlaqədar Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz təqdim olunub və qarşılıqlılıq prinsip əsasında Estoniyanın Moskvadakı diplomatik nümayəndəliyinin bir işçisinin "persona non qrata" elan edildiyi, həmin şəxsin bir həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməli olduğu barədə səfir nota alıb", - deyə Rusiya XİN-in məlumatında qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO