12 günlük körpə xəstəxanada yanaraq öldü - DƏHŞƏT

12 günlük körpə xəstəxanada yanaraq öldü - DƏHŞƏT

Hazırda oxunan: 12 günlük körpə xəstəxanada yanaraq öldü - DƏHŞƏT

30950

Çində 12 günlük körpə yanaraq öldü. The Daily Mail qəzetinin verdiyi xəbərə görə, körpə soyuqladığı üçün həkimlər onu gecə kuvezə qoyublar. Kuvezin temperaturu həddən artıq yuxarı olduğundan körpə yanıb. Kuvezdə qızarmış körpəni görən xəstəxana işçiləri körpənin şəklini çəkərək Çinin VEİBO adlı sosial şəbəkəsində paylaşıblar ki, bu da görənləri şoka salıb. Uşağın kürəyi və kiçik ayaqları yanaraq tünd qəhvəyi rəng alıb.

Çinin Quanszou uşaq Xəstəxanasının həkim və tibb bacıları körpənin ölümünə görə məsuliyyətdən boyun qaçıraraq bu barədə mediaya məlumat verməkdən imtina ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO