Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Hazırda oxunan: Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

620475

Rusiyanın Krasnodar şəhərində yerləşən ticarət mərkəzlərindən birində 19 yaşlı gənc oğlan maçete (kənd təsərrüfatı aləti kimi istifadə edilən böyük bıçaq) ilə insanlara hücum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalına istinadən "Life.ru" məlumat yayıb.

İlkin məlumatlara görə, bir qadın həlak olub, daha bir neçə nəfər isə yaralanıb. Hadisənin Qərb Dairəvi yolu (Zapadnıy Obxod) küçəsində yerləşən "West Mall" ticarət mərkəzində baş verdiyi qeyd olunub.

"Şahidlərin sözlərinə görə, ətrafda çoxlu qan var idi və hamı qaçmağa başlayıb", - deyə jurnalistlər yazıb. 

Həmçinin hücum edənlərin iki nəfər ola biləcəyi barədə də məlumat daxil olub. Yerli "Krasnodar. Teletayp" ictimai səhifəsi onlardan birinin yeniyetmə olduğunu qeyd edir.
 

Bildirilirib ki, iki gənc oğlan insanlara hücum etmək məqsədilə ticarət mərkəzinə soyuq silahla gəliblər. Onlarda bıçaq, digərində isə maçete olub. Ticarət mərkəzinin ziyarətçiləri və personalı təxliyə edilib. Sonradan hücumun bir nəfər tərəfindən törədildiyi məlum olub.


Sorğu zamanı 19 yaşlı gənc hücumu özünün planlaşdırdığını bildirib.

Videoda gənc oğlan hücum üçün heç kimin ona pul ödəmədiyini və "sadəcə həyatdan bezdiyini" bildirib. O, hətta intihar etmək niyyətində olduğunu iddia edib. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO