Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

Hazırda oxunan: Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

620396

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstana səfəri zamanı müzakirə aparılıb.

İnam Kərimov konfransda çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.
 

Qeyd olunub ki, bu prosesdə hüquqi əməkdaşlıq da xüsusi yer tutur və Azərbaycanın türk dünyası ölkələri ilə hüquq sahəsində əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri artan dinamika ilə davam edir.


Sədr qeyd edib ki, türk dövlətlərinin ali məhkəmələri arasında yaradılması nəzərdə tutulan Vahid Məlumat Platforması hakimlərin və hüquq ictimaiyyətinin üzvlərinin digər dövlətlərin məhkəmə təcrübəsi ilə daha yaxından tanış olmasına, qabaqcıl hüquqi yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək.

Tədbirin yekununda Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransının Birgə Bəyanatı qəbul olunub. Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi, eləcə də türk dövlətlərinin ali məhkəmələri arasında Vahid Məlumat Platformasının yaradılması istiqamətində əməkdaşlığın inkişafı nəzərdə tutulur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO