“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

Hazırda oxunan: “Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

620448

“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, klubdan verilən məlumata görə, Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. 

Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.

Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” kollektivi ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.

Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO