15 həftəyə yaxın (2026-cı il 28 fevral – 20 iyun) davam edən və ilkin sülh sazişinin imzalanması ilə nəticələnən İran müharibəsi bütün region üçün ağır insan itkiləri və böyük iqtisadi fəsadlarla yadda qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "The New York Times" (NYT) nəşrində araşdırma materialı dərc olunub.
Məlumata görə, hərbi əməliyyatların statistikası və fəsadları aşağıdakı kimidir:
- İnsan itkiləri: Müharibə zamanı təxminən 3 500 iranlı, 3 700 livanlı, 26 israilli və 13 ABŞ hərbi qulluqçusu həlak olub, minlərlə insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
- ABŞ-ın xərcləri: Hərbi əməliyyatlar, enerjidaşıyıcılarının bahalaşması və digər dolayı iqtisadi fəsadlar da daxil olmaqla, müharibənin ABŞ-a ümumi maliyyə ziyanı təxminən 132 milyard dollar dəyərində qiymətləndirilir.
- Yanacaq bazarı: ABŞ-da benzinin bir qallonunun qiyməti 2,98 dollardan 4,00 dollara qədər yüksəlib. Bu artım ortalama hər bir Amerika ailəsinin büdcəsinə təxminən 460 dollar əlavə xərc kimi əks olunub.
- İnfrastruktur ziyanı: İranda yüzlərlə məktəb, tibb müəssisəsi və mülki obyekt dağıdılıb və ya ciddi zədələnib. Eyni zamanda ABŞ-ın regiondakı hərbi bazaları və aktivlərinə də zərbələr dəyib.
- Qlobal təsirlər: Hörmüz boğazında gəmilərin hərəkətinin iflic olması dünya bazarında neftin, gübrənin və ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına təkan verib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:04 / 20.06.2026
15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?
Hazırda oxunan: 15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?
Hazırda oxunan: 15 həftəlik savaşın RƏQƏMLƏRLƏ İFADƏSİ – Hansı ölkə daha çox ZƏRƏR GÖRDÜ?
620398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































