Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

Hazırda oxunan: Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

620439

Vəfatından uzun illər keçməsinə baxmayaraq ötən əsrin 50-ci illərinin ikonası Merilin Monro hələ də cazibənin simvolu olaraq qalır: platin saçlar, qırmızı dodaqlar, ağ və parıltılı dəri.

Onun görünüşü təbii görünə bilər, amma bunun arxasında çox spesifik texnikalar dayanırdı: saçın platin sarısını əldə etmək üçün saatlarla boyanırdı, dodağı incə olsa da çoxqatlı pomadalar vurmaqla, xüsusi vizual texnika ilə dolğun görünürdü.

Bizim.Media xəbər verir ki, Merilin Monronun qaralmaqdan xoşu gəlmirdi.
 

Çimərlikdə yalnız günəşsiz havalarda dincəlirdi. O, açıq dərisi, platin saçları və qırmızı dodaq boyası arasındakı kontrastı sevirdi, buna görə də intensiv günəşlənmə onun imicinə uyğun gəlmirdi.


Yuxu onun gözəllik rutininin vacib bir hissəsi idi. Merilin Monro istirahətə ciddi yanaşırdı. O, on saata qədər yatırdı. Oyananda da xüsusən bazar günləri yatağından gec qalxırdı. Kifayət qədər istirahətdən sonra dəri daha hamar görünür, gözlər daha aydın olur.

O, soyuq suyu çox sevirdi. İddialara görə, o, dərisini daha möhkəm və təravətli göstərmək üçün buzlu vannalar qəbul edirdi.

Merilinin parlaq dərisi onun görünüşünün ayrılmaz bir hissəsidir. Üzünün işığı yaxşı əks etdirməsi üçün o, tonal kremin altından vazelin çəkirmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO