Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

Hazırda oxunan: Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

620388

Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş ölümdən birinə səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.

Məlumata görə, insan genomunun 2003-cü ildə tam oxunması ilə tədqiqatçılar əksər xəstəliklərin mənbəyini müəyyən edə biləcəklərini düşünürdülər. Ancaq sonradan məlum oldu ki, irsi faktorlar xəstəliklərin yaranma ehtimalının sadəcə 10%-ni təşkil edir. Yerdə qalan 90% isə xarici mühit təsirlərindən, xüsusən də rasionumuzdan asılıdır.
 

Bildirilir ki, Avropada ürək-damar xəstəliklərindən baş verən ölümlərin demək olar ki, yarısına səbəb qidalanmadır. Buna baxmayaraq, yağ, duz və şəkərin məhdudlaşdırılmasına dair onilliklər ərzində verilən tövsiyələr piylənmənin və onunla bağlı xəstəliklərin artımını dayandıra bilməyib.


Alimlərin fikrincə, səbəb onda ola bilər ki, müasir elm hələ də insanın qida ilə qəbul etdiyi kimyəvi maddələrin yalnız kiçik bir hissəsini öyrənib.

Ənənəvi olaraq qidalanma zülallar, yağlar, karbohidratlar, vitaminlər və digər məlum qida maddələri prizmasından nəzərdən keçirilirdi. Ümumilikdə alimlərə bu cür təxminən 150 birləşmə yaxşı məlumdur. Lakin müasir qiymətləndirmələr göstərir ki, insanın rasionunda 26 000-dən çox müxtəlif kimyəvi maddə ola bilər və onların əksəriyyəti praktiki olaraq öyrənilməyib.

Bəzi tədqiqatçılar rasionun az məlum olan hissəsini kainatdakı qaranlıq maddəyə bənzədərək "qidanın qaranlıq maddəsi" adlandırırlar. Alimlər başa düşürlər ki, qidadakı minlərlə birləşmə orqanizmə təsir göstərir, lakin hələlik dəqiq necə təsir etdiyini bilmirlər.
 

Hazırda "Foodome Project" kimi beynəlxalq layihələr naməlum qida birləşmələrinin ətraflı kataloqunu tərtib etməyə çalışır. Bu günə qədər orada artıq 130 000-dən çox molekul və onların mikrobiota, insan zülalları və müxtəlif xəstəliklərlə mümkün əlaqələri haqqında məlumat var.


Tədqiqatçılar ümid edirlər ki, "qidanın qaranlıq maddəsi"nin öyrənilməsi eyni pəhrizin niyə bəzi insanlara fayda verib, digərlərində işləmədiyini izah etməyə kömək edəcək, həmçinin xəstəliklərin qarşısının alınması üçün yeni metodlar yaratmağa və hətta qida məhsullarında olan maddələr əsasında dərmanlar hazırlamağa imkan verəcək. (Mənbə: oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO