Zaqatalada kişi hovuzu təmir edərkən yandı - FOTO

Zaqatalada kişi hovuzu təmir edərkən yandı - FOTO

Hazırda oxunan: Zaqatalada kişi hovuzu təmir edərkən yandı - FOTO

620449

32 yaşlı Zaqatala rayon sakini su hovuzunu təmir edən zaman müxtəlif dərəcəli ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  hadisə rayonun Aşağı Tala kəndində baş verib. 

Belə ki, rayonun Dağlı kənd nümayəndəliyində qeydiyyatda olan, Aşağı Tala kəndində yaşayan 32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir işləri aparan zaman təbii qazdan istifadə edib. 

Təbii qazla ehtiyatsız davranan Taleh İdrisov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, lazımi tibbi yardım göstərilib, ona gövdənin 3-ü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub.

Hadisədən sonra o Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirirlib və müafiq ilkin tibbi yardım göstərilib.

Lakin həkimlər Taleh İdrisovun vəziyyətini nəzərə alaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsini məsləhət biliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO