Yanğınsöndürənlər bu yanğınları özləri törədib!..-  Gözlənilməz faktlar

Yanğınsöndürənlər bu yanğınları özləri törədib!..- Gözlənilməz faktlar

Hazırda oxunan: Yanğınsöndürənlər bu yanğınları özləri törədib!..- Gözlənilməz faktlar

244867
Başlığı oxuyan kimi bizim Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da diksinəcək ki, görəsən, yenə kimlər bizə böhtan atır.xa0

Amma Moderator.az-ın verdiyixa0 xəbərə görə, doğrudan da 2017-ci ilin sonunda- təxminən 4 ay ərzində məhz yanğınsöndürənlər tərəfindən törədildiyi sübut edilmiş 13 yanğın faktı müəyyən edilib. Və ən maraqlısı odur ki, belə gözlənilməz faktlar Almaniya kimi daim qanunpərəstliyi, dürüstlüyü, demokratikliyi ilə nümunə çəkilən bir ölkədə baş verib. Keçək mətəbə...

Ukrayna mediasının yaydığı xəbərdə deyilir ki , Almaniyanın Noys şəhərində 2017-ci ilin oktyabrından 2018-ci ilin yanvarınadək olan müddətdəxa0 yanğınsöndürmə xidmətinin 3 könüllüsü sonradan onları söndürmək məqsədiləxa0 13 yanğın olayı törədib. Amma yanğınlar bizim düşündüyümüz kimi, sonradan yanan ev, yaxud obyekt sahiblərindən pul almaq və ya yanan köhnə binaların yerində hansısa oliqarxın yeni bina tikdirməsi məqsədilə deyil, tamam başqa məqsədlı törədilib...xa0

Hələ ki məhkəmədə şübhəlilərdən yalnız biri cinayətini etiraf edib. Könüllünün dediyinə görə, şəhərdə kifayət qədər yanğınlar olmayıb, gənc fəallarda isə işləməyə, yəni gerçək yanğınları söndürməyə həddən artıq maraq olub. Və bu minvalla 20-23 yaşlıxa0 gənclər yük maşını, motosiklet və hətta evlərə od vurmaqla 13 yanğın törədiblər.xa0

İlkin qiymətləndirmələrə görə, könüllü xilasedicilər dövlətə və sakinlərə təxminən bir milyon avro məbləğində zərər vurublar. İndixa0 yanğın söndürməyə həvəsli gənclərixa0 yüksək məbləğdə cərimə və həbs cəzasıxa0 gözləyir.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO