"Harri Potter" və "Indiana Cons" filmlərinin ulduzu Maykl Birn vəfat etdi

"Harri Potter" və "Indiana Cons" filmlərinin ulduzu Maykl Birn vəfat etdi

Hazırda oxunan: "Harri Potter" və "Indiana Cons" filmlərinin ulduzu Maykl Birn vəfat etdi

622581

"Indiana Cons və son səlib yürüşü" (Indiana Jones and the Last Crusade) və "Harri Potter və Ölüm Hədiyyələri. 1-ci hissə" (Harry Potter and the Deathly Hallows – Part 1) filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Maykl Birn 82 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. "The Guardian" qəzetinin yazdığına görə isə aktyor iyunun 20-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.

Maykl Birn 7 noyabr 1943-cü ildə Londonda anadan olub. Təxminən 60 illik yaradıcılıq fəaliyyəti ərzində o, teatr, kino və televiziyada onlarla yaddaqalan obraz yaradıb.
 

Aktyor teatr səhnəsində debütünü 1963-cü ildə Londonun məşhur "Old Vic" teatrında edib. Kinoda ilk işi isə elə həmin il işıq üzü görən "Al qılınc" (The Scarlet Blade) filmi olub. Daha sonra o, "Batli", "Qartal yerə endi", "Henri VIII və onun altı arvadı", "Meduzanın toxunuşu" və "Yaxşı ata" kimi ekran əsərlərində rol alıb.


1989-cu ildə Birn "Indiana Cons və son səlib yürüşü" filmində Harriſon Fordla tərəf müqabili olaraq nasist polkovniki Ernst Fogel obrazını canlandırıb. 2010-cu ildə isə "Harri Potter və Ölüm Hədiyyələri. 1-ci hissə" filmində qaranlıq sehrbaz Gellert Qrin-de-Vald rolunda çıxış edib.

Bundan üç il sonra o, Naomi Uottsun şahzadə Diana obrazını canlandırdığı "Diana" bioqrafik filmində cənubi afrikalı kardiocərrah Kristian Barnard rolunu oynayıb.

"IMDb" məlumat bazasının qeydlərinə görə, Maykl Birnin kinoda son işi 2023-cü ildə nümayiş olunan altı seriyalı "Febus işləri" (The Phoebus Files) komediya-dram serialı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO