Səudiyyə Ərəbistanı jurnalistin ölümünü etiraf etdi

Səudiyyə Ərəbistanı jurnalistin ölümünü etiraf etdi

Hazırda oxunan: Səudiyyə Ərəbistanı jurnalistin ölümünü etiraf etdi

244292
Səudiyyə Ərəbistanı Türkiyədəki konsulluqda münaqişə səbəbindən jurnalist Camal Kaşıkçının ölümünü təsdiqləyib.xa0

Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi ölkənin baş prokurorluğunun bəyanatına istinadla məlumat yayıb.xa0

Səudiyyə Ərəbistanı rəhbərliyi kəşfiyyat xidmətinin əməkdaşı Əhməd Assirini istefaya göndərib və onu kral sarayının müşaviri statusundan məhrum edib. Baş prokurorun sözlərinə görə, vəliəhd şahzadəsinin müşaviri Səud əl-Kaxtani də vəzifəsindən azad edilib.

Səudiyyə tərəfinin məlumatlarına əsasən, Kaşıkçı konsulluqda görüşdüyü insanlar tərəfindən öldürülüb. Onların dəqiq kimliyi açıqlanmır. Faktla bağlı 18 nəfər saxlanılıb.xa0

Oktyabrın 19-da ABŞ prezidenti Donald Tramp etiraf edib ki, itkin düşmüş səudiyyəli jurnalist ölüb.

Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO