Restoranda dava edən qız rəfiqəsinin qulağını dişlədi.xa0
Moderator.az xəbər verir ki, hadisə İngiltərədəki türk restoranlarından birində baş verib. Əlbəyaxa olan rəfiqələrdən Viktoriya Burqes rəfiqəsi Jena Edvardsı yerə yıxaraq döyməyə başlayıb.xa0
Qışqıraraq insanları köməyə çağıran Jena Edvards dörd illik rəfiqəsinin ondan əl çəkməsini istəyib. Kameralara düşən davada məlum olub ki, Jenanın qulağının bir hissəsi Viktoriyanın ağzındadır. Hadisəylə bağlı hərəkətə keçən polis Viktoriyanı həbs edib.xa0
Vasif Əlihüseyn

































































































