İstanbulun meri və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırıldı

İstanbulun meri və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırıldı

Hazırda oxunan: İstanbulun meri və daha iki bələdiyyə sədri vəzifələrindən uzaqlaşdırıldı
240690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.

Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən kənarlaşdırılıb. Belə ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO