Bu il işə qəbul edilən 4053 yeni müəllimin adı bəlli oldu

Bu il işə qəbul edilən 4053 yeni müəllimin adı bəlli oldu

Hazırda oxunan: Bu il işə qəbul edilən 4053 yeni müəllimin adı bəlli oldu

238474
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.xa0xa0

Nazirlikdən bildirilib ki. cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46839 namizəd iştirak edib, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

Müsabiqədən uğurla keçən şəxslər 5 sentyabr 2018-cı il tarixinədək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin elektron poçt ünvanına – [email protected] göndərə bilərlər. Sözügedən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq apellyasiya komissiyası tərəfindən baxılacaq.

Sentyabr ayının birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO