Meloninin müavini Makronu TƏHQİR ETDİ – “O dəlinin dediyini...”

Meloninin müavini Makronu TƏHQİR ETDİ – “O dəlinin dediyini...”

Hazırda oxunan: Meloninin müavini Makronu TƏHQİR ETDİ – “O dəlinin dediyini...”
238265
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avropa İttifaqı (Aİ) ordusu nüvə müharibəsindən danışan dəlinin, yəni Fransa prezidenti Emmanuel Makronun komandanlığı altında olmamalıdır”.

Bizim.Media “Italpress” nəşrinə istinadən xəbər verir ki, bu sözləri İtaliya baş nazirinin müavini Matteo Salvini səsləndirib.

“Əgər bizim sahil mühafizəsi, hava qüvvələri, donanma, ordu, polis və mülki müdafiə qüvvələri üçün avadanlıq və personal almağa ehtiyacımız varsa, o zaman bunu edəcəyik. Amma nüvə müharibəsindən danışan dəli Makronun komandanlığı altında Avropa ordusu - yox, bunu heç vaxt etmərik”, - deyə Baş nazirin müavini bildirib.

Salvini əlavə edib ki, Makron Fransa prezidenti kimi qısa müddət ərzində yenidən düşünməlidir.

Xatırladaq ki, Makron martın 6-da xalq müraciətində Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini bildirib. O, Aİ ölkələrini müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə məsələsilə bağlı diskussiyaya başlamağa çağırış edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO