Bu günxa0 Azərbaycanınxa0 27-ci ildir işğal altında qalan Xankəndi şəhərində təxminən 500-dən çox erməninin iştirakıyla etiraz mitinqi başlayıb.xa0
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb iki yerli sakinin xüsusi təyinatlılar tərəfindən döyülməsi olub. Etirazçılar və güc strukturları arasında vasitəçi kimixa0 qondarma rejimin başçısı Bako Saakyan çıxış edib.
İyunun 1-də sosial şəbəkələrdə, xüsusi təyinatlı dəstə əməkdaşlarının iki kişi arasındakı mübahisəyəxa0 müdaxilə etmələrixa0 və onları döymələri haqda informasiya yayılmışdı. Bu gün Xankəndinin mərkəzi prospektinə daha çox 50 yaşdan cavan kişilər toplaşaraq buna etiraz ediblər. Onlar xüsusi təynatlıların həbsinixa0 və Dağlıq Qarabağın bütün güc strukturları rəhbərlərinin istefasını tələb edirlər.
Etirazçılarla görüşə “deputat”, “Milli dirçəliş” partiyasının lideri Hayk Xanumyan və Dağlıq Qarabağın “dövlət naziri” adlanan Araik Arutyunyan gəlib.xa0 Hazırda Bako Saakyan münaqişə tərəfləri ilə danışıqlar aparır.
P.S. Olaylar Tiflis ssenarisinə bənzəyir...
Sultan Laçın

































































































