Nigeriyada ərzaq paylanarkən 32 nəfər həyatını itirdi

Nigeriyada ərzaq paylanarkən 32 nəfər həyatını itirdi

Hazırda oxunan: Nigeriyada ərzaq paylanarkən 32 nəfər həyatını itirdi
226467
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nigeriyada yoxsullara ərzaq paylama mərkəzlərində şənbə günü baş verən iki izdiham nəticəsində ölənlərin ümumi sayı 32-yə çatıb.

Bizim.Media “The Peninsula” nəşrinə istinadla xəbər verir ki, ölkənin cənubundakı Okija qəsəbəsində ərzaq paylanarkən yaranan izdihamda əvvəlcə 22 nəfərin öldüyü bildirilmişdi.

Eyni gündə paytaxt Abucada Holy Trinity kilsəsinin qarşısında da yemək paylanarkən yaranmış izdihamda isə dördü uşaq olmaqla ən azı 10 nəfərin öldüyü xəbər verilmişdi.
 

Artıq bu, bir həftə ərzində baş vermiş üçüncü belə hadisədir. Belə ki, bundan əvvəl, Nigeriyanın cənub-qərbindəki Oyo ştatının İbadan şəhərində məktəb yarmarkasında yaranan izdiham nəticəsində azı 35 uşağın həlak olduğu bildirilmişdi.


Nigeriya Prezidenti Bola Tinubu baş vermis faciə ilə əlaqədar olaraq Laqosa səfərini təxirə salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO