Maya Sandu soydaşımızı təltif etdi - FOTO

Maya Sandu soydaşımızı təltif etdi - FOTO

Hazırda oxunan: Maya Sandu soydaşımızı təltif etdi - FOTO
225664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.

Bizim.Media Moldova Prezidentinin saytına istinadən xəbər verir ki, təltif olunanlar arasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var.

Moldova Prezidenti Maya Sandu Elçin Bayramovu “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib. Soydaşımız ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bu medalla təltif olunub.

“Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikası Azərbaycanlılar Konqresinin prezidenti Elçin Bayramov “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilib”, - deyə qərarda vurğulanıb.

Prezident Maya Sandu tədbirdə çıxışı zamanı bildirib ki, Moldova təltif olunanların işini yüksək qiymətləndirir.

“Biz sizin gündəlik işinizi yüksək qiymətləndiririk. Bunu qüsursuz etməkdən yorulmayın.

Yalnız sizin kimi insanlarla biz cəmiyyəti birləşdirə bilərik, ancaq sizin kimi insanlarla cəmiyyətimizin, ölkəmizin qayğısına qala bilərik”, - deyə dövlət başçısı vurğulayıb.

Maya Sandu soydaşımızı təltif etdi - FOTO - foto 1
Maya Sandu soydaşımızı təltif etdi - FOTO - foto 2
Maya Sandu soydaşımızı təltif etdi - FOTO - foto 3
Maya Sandu soydaşımızı təltif etdi - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO