Məşhur aşpazın qalmaqalı servisi siyasi böhrana səbəb oldu...  Baş nazirə ayaqqabıda şiriniyyat verdilər

Məşhur aşpazın qalmaqalı servisi siyasi böhrana səbəb oldu... Baş nazirə ayaqqabıda şiriniyyat verdilər

Hazırda oxunan: Məşhur aşpazın qalmaqalı servisi siyasi böhrana səbəb oldu... Baş nazirə ayaqqabıda şiriniyyat verdilər

224252
xa0Yaponiyanın Baş Naziri Shinzo Abe İsrail səfəri çərçivəsində baş nazir Netanyahunun evində verilən şam yeməyinə qonaq olub. Yemək zamanı ayaqqabı şəklindəki bir boşqabda süfrəyə servis edilən edilən şirniyyat naziri narahat edib.
xa0
Moderator.az xəbər verir ki, adını açıqlamaq istəməyən Yapon diplomatın İsrail mediasına verdiyi açıqlamada şef aşpazın o gecə ilə əlaqədar olaraq təqdimatının hədəfinə çatmadığını deyib. Yapon diplomat "Dünyada masaya ayaqqabının qoyulduğu heç bir mədəniyyət yoxdur. Burada aşpazın nə deməyə çalışdığını tam olaraq anlaya bilmirik” deyib.xa0
xa0
Yaponiyada xidmət edən bir İsrail diplomat isə mediaya verdiyi açıqlamada “Bu mənasız seçimin axmaq bir qərar olduğunu düşünürəm. Yapon mədəniyyətində bir ayaqqabıdan daha alçaq bir şey yoxdur. Yaponlar nə evlərinə nə də ofislərinə ayaqqabı ilə girir. Baş nazir, nazirlər və deputatlar da öz idarələrində ayaqqabı olmadan ev sahibliyi edirlər. Bu bir uğursuzluq və diplomatik məsxərə mövzusudur. Ən yüksək səviyyədə hörmətsizliklikdir” deyib.

Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO