Türkiyədə axtarışda olan 3126 şəxs tutuldu

Türkiyədə axtarışda olan 3126 şəxs tutuldu

Hazırda oxunan: Türkiyədə axtarışda olan 3126 şəxs tutuldu

210781

Türkiyənin bütün əyalətlərində “Çember-22” əməliyyatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 81 əyalətdə beş gün ərzində keçirilən əməliyyatda məhkəmənin qərarı ilə haqlarında axtarış qərarı olan ümumilikdə 3126 şəxs saxlanılıb.

Onlardan 12-si on ildən artıqdır axtarışda idi. Saxlanılanlardan əksəriyyəti, 561 nəfər narkotik maddədən istifadə etdiyinə və satdığına görə saxlanılıb.

A.Yerlikaya əməliyyatların davam edəcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO