“Kiberhücum Rusiya ərazisindən edilib” – ABŞ açıq BƏYANAT VERDİ

“Kiberhücum Rusiya ərazisindən edilib” – ABŞ açıq BƏYANAT VERDİ

Hazırda oxunan: “Kiberhücum Rusiya ərazisindən edilib” – ABŞ açıq BƏYANAT VERDİ

20922

 ABŞ Rusiyanı “məsuliyyətli davranmağa” çağırır – Kreml İSƏ hələ ki susur...
ABŞ-ın ən böyük boru kəməri operatoru olan Colonial Pipeline qarşı edilən kiberhücumla əlaqədar Ağ Ev Moskvanı suçlayıb.

Bizim.Media “Ria novosti”yə istinadən xəbər verir ki, buna səbəb isə Federal Təhlükəsizlik Bürosunun yaydığı məlumat olub.

Belə ki, büro kiberhücumun Rusiya Federasiyası ərazisindən edildiyini təsdiqləyib. 

ABŞ prezident administrasiyasının mətbuat katibi Cen Psaki hadisənin təhlilinin sona qədər tamamlanmadığını vurğulayıb.

"FTB  hücumun Rusiya ərazisindən edildiyini təsdiqləyib. Ona görə də bu ölkə məsuliyyətli davranmalıdır. Araşdırmalar davam edir ",- deyə Psaki brifinqdə bildirib.  

Xatırladaq ki, həftəsonu ABŞ-ın cənubundan Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb. Nasazlığı aradan qaldırmaq üçün təxminən bir həftə vaxt lazım olacaq. Ona qədər isə ABŞ iqtisadiyyatı 10 milyard dollara qədər ziyan görəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO