AST Telmanın işığını borca görə kəsdilər  - Türkiyədə

AST Telmanın işığını borca görə kəsdilər - Türkiyədə

Hazırda oxunan: AST Telmanın işığını borca görə kəsdilər - Türkiyədə

198146
Milyardlıq otelin borc qalmaqalı böyüyür.

Bir müddət öncə otaqların bronlaşdırılmasını saxlayan, borclarına görə susuz qalan dünyanın ən lüks otellərindən birində yenə problem yaşanıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, azərbaycanlı iş adamı milyarder olmuş Telman İsmayılova məxsus “Mardan Palace”x9din indi də işıqları kəsilib.

İnşaatı 1,4 milyard dollara başa gələn, lüks otelin elektriklə təminatı dayandırlıb. Buna səbəb isə onun uzun müddətdir ödənməyən borclarıdır.

Elektrik enerjisinə olan təlabatını otel generatorların sayəsində qarşılmağa çalışır. Otelin borcunun miqdarı açıqlanmayıb.

2010-cu ildə turizmin “Oskarı”x9d hesab edilən “World Travel Awards”x9d tərəfindən “dünyanaın ən lüks oteli”x9d seçilən “Mardan Palace”x9dnin özü də AST Telmanın borclarına görə hərraca çıxarılmışdı. İş adamının Türkiyədə “Xalq Bank”x9d və “Garanti Bank”x9d arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace”x9d otelin satışa çıxarılmasını tələb edib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan “Xalq Bank”x9d tərəfindən dəyərindən xeyli ucuz ”“ 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb. Lakin qarşılıqlı razılaşmalardan sonra satış dayandırılıb.

Bir neçə gün öncə isə Telman İsmayılovun oğlu Sərxana aid 2 milyon lirə qiyməti olan “Rolls-Royce Ghost”x9d avtomobili də müsadirə edilərək hərraca çıxarılmışdı.

Qeyd edək ki, "Mardan Palace"nin açılış mərasimi olduqca təntənəli olmuşdu, qonaq qismində Monikka Belluçi, Riçard Gir, Şeron Stoun kimi dünya ulduzları iştirak etmişdilər.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO