İranın paytaxtı Tehranda kimyəvi turşu ilə insanlara hücum edilib.
xa0
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtın cənubunda motosikletli bir sürücü yol kənarında gözləyən kütlənin üzərinə turşu olduğu bildirilən maddə atıb.
xa0
İlkin məlumatlara görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Şübhəlinin saxlanıldığı bildirilib.
xa0
Hadisənin səbəbi hələki bəlli deyil.
xa0
Qeyd edək ki, ötən gün İran parlamenti və imam Xomeyni məqbərəsinə edilən hücumlar nəticəsində 12 nəfər ölmüşdü.



































































































