Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO

Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO

Hazırda oxunan: Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO
176946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluğunda 53 və 54, Qarsdakı baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ümumiyyətlə hazırda Türkiyədə olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub.

Qeyd edək ki, diplomatik nümayəndəliklərimizin əhatə dairələrində azərbaycanlıların seçki məntəqələrinə rahat gəliş-gedişini təmin etmək üçün xüsusi avtobus səfərləri təşkil olunub.

Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO - foto 1
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO - foto 2
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO - foto 3
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verirlər - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO