Ermənistan maaş və pensiyaları ödəmək üçün xaricdən borc alır

Ermənistan maaş və pensiyaları ödəmək üçün xaricdən borc alır

Hazırda oxunan: Ermənistan maaş və pensiyaları ödəmək üçün xaricdən borc alır

162907
Ermənistan hökuməti bu gün üç yeni kredit müqaviləsini parlamentin müzakirəsinə çıxarıb. Hökumət bu müqavilələrlə Ermənistanın xarici borcu daha 180 milyon dollar artırmaq niyyətindədir.

Moderator.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Azadlıq”x9d nəşri yazır.

Ölkənin maliyyə nazirinin müavini Armen Hayrapetyan bildirib ki, bu kreditlərin təsdiqindən sonra xarici borcun 6 milyard dollara yaxınlaşacağına baxmayaraq, Ermənistanın borcu o qədər də böyük deyil.

Müxalifətdən olan deputatlar isə belə qənaətə gəliblər ki, hökumətin sadəcə pulu yoxdur və müxtəlif proqramlar üçün götürülən kreditlər əslində əmək haqları və pensiyaların ödənilməsi üçün nəzərdə tutulub.

Nazir müavini etiraf edib ki, bu pullar büdcə kəsirini doldurmaq üçün lazımdır. “Çiçəklənən Ermənistan”x9d parlament fraksiyasının rəhbəri Naira Zohrabyan hökumətin iqtisadi siyasətini dəyişməməsinin səbəbləri barədə məsələ qaldırıb.xa0

“Yaxşı, biz həmin o risk xəttini keçəndə və ölkənin ödəniş qabiliyyəti olmayanda siz nə edəcəksiniz? Bu problemi necə həll edəcəksiniz? Çünki, yaxın illər ərzində Ermənistanda iqtisadiyyatımızı həqiqətən tarazlaşdıra biləcək ciddi investisiyaların mümkünlüyünə heç bir gözlə görünən ümid yoxdur”x9d, deyə o bildirib.

Nazir müavini buna cavab olaraq deyib ki, dövlət borcunun səviyyəsi sürətlə artıb.xa0

“Bu artım məqsədli olmayıb. İnanın, hökumətin üzvü və vətəndaş olaraq bizim hər birimiz bu borcun artmasından narahatıq”x9d, deyə o bildirib.

“Erməni Milli Konqresi”x9d (EMK) fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, onların hesablamalarına görə bu il demək olar ki, iqtisadi artım yoxdur. Bu şəraitdə isə kredit sənədi təqdim edən hökumətin gələcəklə bağlı strategiyası da yoxdur və o, ani problemləri həll etməklə məşğuldur.

“Bu nə deməkdir? Biz hara getdiyimizi bilirik? Bu hökumətin nə edəcəyi barədə təsəvvürü var?”x9d - deyə Zurabyan sual verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO