Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anıldı - FOTO/VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anıldı - FOTO/VİDEO

Hazırda oxunan: Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anıldı - FOTO/VİDEO

639003

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Ağdam şəhərində ehtiramla anılıb.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının, tikinti şirkətlərinin əməkdaşları və yerli sakinlər Şəhidlər Xiyabanında xatirə lövhəsinin qarşısına əklil və qərənfillər qoyub, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
 

Saat 12:00-da Ağdam Cümə məscidinin qarşısında bir dəqiqəlik sükut olub. Hərəkət dayanıb, avtomobillərdən siqnallar verilib, polis əməkdaşları hərbi salamla şəhidlərimizin xatirəsini anıblar.


Sonra Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO