Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Hazırda oxunan: Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

638999

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bizim.Media xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit verib.
 

Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.


Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO