“İstəyirəm ki, hamımız ölkəmizdə nəyin baş vediyini, eyni zamanda siz müdaxilə etməsəniz, nələrin baş verə biləcəyini anlayaq. Belə hallarda həmişə olduğu kimi, silahlı iğtişaşlardan sonra tam xaos və vətəndaş müharibəsi gəlir. Siz bunun qarşısını aldınız”
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşündə bildirib.
“Əgər qiyamın qarşısı alınmasaydı, ölkədə nələrin olacağı məlum deyildi. Amma xüsusi hərbi əməliyyatların bütün nailiyyətləri itiriləcəkdi”, - deyə Putin əlavə edib.
Bizim.Media