Rusiyanın hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozub

Rusiyanın hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozub

Hazırda oxunan: Rusiyanın hərbi təyyarəsi Estoniyanın hava sərhədini pozub

128959
Estoniya Rusiyanın AN-26 hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.xa0

Məsələylə əlaqədar Estoniya ordusunun xa0baş qərargahı açıqlama yayıb.xa0

"Rus hərbi təyyarəsi AN-26 saat 10:29-da Finlandiya körfəzində Vaindloo adası yaxınlığında Estoniya hava sahəsinə girdi. Təyyarə bir dəqiqədən az bir müddət Estoniya hava sahəsində olub. Sərhədi pozan təyyarə uçuş məlumat xidmətilə radio təmasına girmədi", -deyə açıqlamada qeyd olunub.

Rusiyanın Estoniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hadisə ilə əlaqədar etiraz notası təqdim olunub.(Avropa.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO