ABŞ almləri enerji idxal edən qeyri-adi üsul kəşf ediblər. Artıq su, külək, Günəş və sairə elektrik mənbələri kimi çürük almalardan da elektrik almaq mümkün olacaq.
Moderator.az xəbər verir ki, Karlsruye Texnologiya İnstitututundan olan bir qrup tədqiqatçı-alim xarab olmuş almaları natrium-ion batareyalarına çevirməyə müvəffəq olub.
Yeni kəşfin tətbiqinə mobil qurğuların, həmçinin elektromobillərin istehsalında rast gəlmək olar.
Bu nəticə almaları qurutmaqla, tərkibindən "sərt karbon"-un yaradılması üçün lazım olan karbonun çıxardılması yolu ilə əldə olunub. Qeyd edək ki, "sərt karbon" elektrodlarda istifadə edilən ən ucuz və məhsuldar material hesab olunur.
Elmin Nuri










































































































