Ukrayna da Saakaşvili ilə bağlı məxfi araşdırma başlatdı

Ukrayna da Saakaşvili ilə bağlı məxfi araşdırma başlatdı

Hazırda oxunan: Ukrayna da Saakaşvili ilə bağlı məxfi araşdırma başlatdı

120805
Ukraynanın Daxili İşlər Nazirliyi Saakaşvilinin Ukrayna ordusunun mövqelərini ziyarət etməsi faktını araşdırır.
Bbunu “Novaya qazeta”x9dya açıqlamasında Donbas əməliyyatlarını həyata keçirən qərargahın sözçüsü Andrey Lısenko söyləyib. Onun sözlərinə görə, Saakaşvilinin Ukraynanın hərbi mövqeləri ilə bağlı yaydığı videoya görə Hərbi Prokurorluqda iş başladılıb və məxfi araşdırma aparılır:
xa0
“Saakaşvilinin yaydığı videoda məxfi informasiya açılır. Bu, Ukrayna mövqelərinin tam verilməsi deməkdir. Artıq kadrlarda görünən hərbçilərə qarşı təhdidlər gəlməyə başlayıb. İndi onları oradan geri götürmək lazımdır”x9d.
xa0
Qeyd edək ki, yanvar ayında Saakaşvili öz Feysbuk səhifəsində Mariupol rayonunda yerləşən “Ştorm”x9d batalyonunu ziyarət etməsi ilə bağlı görüntlərini paylaşıb. Burada hökuməti kəskin tənqid edən siyasətçi Kiyevin indiyə qədər ordunun vəziyyətinin yaxşılaşdırması üçün heç bir addım atmadığını söyləyib. Kadrlarda həmçinin bir neçə xəritə və döyüşçülərin simaları yer alıb. (axar.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO