35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Hazırda oxunan: 35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

620372

Türkiyənin məşhur seriallarından biri olan “Kızılcık Şerbeti”ndə canlandırdığı “Işıl” obrazı ilə tanınan aktrisa Ece İrtemin qəfil ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.

Bizim.Media “Haberler” nəşrinə istinadən xəbər verir ki, 35 yaşında vəfat edən aktrisanın ölüm səbəbinin ilkin olaraq ürək tutması olduğu bildirilsə də, sonradan hadisənin arxasında başqa amillərin dayana biləcəyi ehtimalı gündəmə gəlib.

Məlumata görə, Ece İrtem ölümündən təxminən bir həftə əvvəl Taylanda səfər edib. Ailəsinin vəkillərinin açıqlamasına əsasən, həmin səfər zamanı aktrisanı meymun dişləyib. Onun sol qolunda aşkar edilən yara izləri bu ehtimalı daha da gücləndirib.
 

Ailənin hüquqi nümayəndəsi Uğur Gökkoyun məsələ ilə bağlı prokurorluğa müraciət edərək, aparılacaq ekspertiza zamanı bu detalın da araşdırılmasını istəyib. Vəkilin sözlərinə görə, mütəxəssislərlə aparılan məsləhətləşmələr nəticəsində meymun dişləməsinin ağır infeksiyalara, o cümlədən sepsisə (qan zəhərlənməsi) səbəb ola biləcəyi bildirilib.


Hazırda əsas ehtimallardan biri kimi, aktrisanın ölümünün infeksiya nəticəsində inkişaf edən sepsis ilə əlaqəli ola biləcəyi araşdırılır. Bununla belə, ölümün dəqiq səbəbi yalnız məhkəmə-tibbi ekspertizasının və autopsiyanın nəticələrindən sonra məlum olacaq.

Qeyd edək ki, Ece İrtem iyunun 15-də İstanbuldakı evində qəfil halı pisləşdikdən sonra həyatını itirib. Hadisə ilə bağlı araşdırmalar davam edir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO