İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Hazırda oxunan: İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

620375

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.
 

Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər, 2011-ci il təvəllüdlü A.Hüseynquliyev, 1970-ci il təvəllüdlü M.Quliyeva, 2006-cı il təvəllüdü Ş.Qurbanov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Məlumata görə, mikroavtobus fəhlələri istixanaya apararkən qəzaya düşüb. İlkin ehtimala əsasən, qəza nəqliyyat vasitəsinin qarşısına itin çıxması səbəbindən baş verib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO