Bil Geytsin evi haqda 17 inanılmaz fakt  - Foto

Bil Geytsin evi haqda 17 inanılmaz fakt - Foto

Hazırda oxunan: Bil Geytsin evi haqda 17 inanılmaz fakt - Foto

115298
“Maykrosoft”x9d şirkətinin qurucusu, 81,5 milyard dollarla ABŞ-ın ən varlı adamı olan Bil Geytsin evi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
 
Axar.az xəbər verir ki, araşdırmanı ABŞ-ın “Biznes İnsayder”x9d portalı aparıb.
 
Bil Geytsin əsrarəngiz evi ilə bağlı maraqlı faktları təqdim edirik:
 
1988-ci ildə 2 milyon dollara alınan mülkün hazırki qiyməti 123,5 milyon dollardır.
 
ABŞ-ın Medina bölgəsində yerləşən evin yenidən qurulması 7 il çəkib və bunun üçün 63 milyon dollar xərclənib. Ərazisi 6 min 200 kvadrat metrdir.
 
Burada yerləşən əvvəlki ev yenisinin tikilməsinə görə bərə vasitəsilə aparılıb.
 
“Zanadu 2.0”x9d adlanan evin çimərliyindəki qum Qəraib adalarından gətirilib.
 
Evin divarlarındakı tabloları bir düyməyə basmaqla dəyişmək olur.
 
Mülkün ən maraqlı xüsusiyyətlərindən biri qonaqlara verilən çiplər sayəsində istilik sisteminin avtomatik nizamlanmasıdır.
 
Maykrosoft qurucusunun 18 metrlik hovuzunun altında musiqi sistemi var.
 
Burada idman etmək üçün 230 kvadrat metrlik trenajor zalı yerləşir. Tramplin otağının tavanı isə 5 metr hündürlüyündədir.
 
Böyük qəbul salonunda 200 qonağı eyni anda qəbul etmək olur.
 
Evin içində 24 vanna otağı, altı mətbəx var.
 
Mülkün içində Bil Geytsin 30 milyon dollar verib aldığı Leonardo da Vinçinin əlyazmısının da olduğu böyük kitabxana yerləşir.
 
Bundan əlavə, 20 nəfərlik kinoteatr var.
 
Bil Geytsin ən çox sevdiyi 40 illik ağac isə 24 saat ərzində kamera ilə canlı izlənilir.
 
Dünyanın məşhur milyarderinin qarajına 23 avtomobil yerləşdirmək olar.
 
Milyarder balıqların populyasiyası üçün süni dağ çayı hazırladıb.
 
Bil Geytsin füsunkar evini gəzmənin qiyməti isə 35 min dollardır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO