Zimbabvenin birinci ledisi Qreys Muqabe həyat yoldaşı, 91 yaşlı prezident Robert Muqabeni postundan uzaqlaşdıraraq yerinə keçib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı The Guardian nəşri ölkənin müxalif partiya liderinə istinadən yayıb.
Həmin siyasətçinin sözlərinə görə, Zimbabvedə “saray çevrilişi”x9d baş verib və nəticədə ölkədə hakimiyyət 50 yaşlı birinci ledinin əlinə keçib.
Nəşrin yazdığına görə, son aylar Qreys Muqabe ölkənin siyasi həyatında daha aktiv rol almağa başlayıb.

































































































