Şagird müəlliməsini öldürüb zorladı  - Dəhşət

Şagird müəlliməsini öldürüb zorladı - Dəhşət

Hazırda oxunan: Şagird müəlliməsini öldürüb zorladı - Dəhşət

111614

Amerikanın Massaçusets ştatında 16 yaşlı Filip Çizm riyaziyyat müəlliməsini qətlə yetirməkdə, daha sonra isə zorlamaqda ittiham edilərək təqsirkar bilinib.

Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, hadisə 2013-cü ildə yeniyetmənin 14 yaşı olarkən baş verib.

Filip müəlliməni məktəbin ayaqyolusunun qarşısında güdüb. Ona hücum edərək bıçaqla ən azı 16 zərbə vurub, daha sonra isə zorlayıb.

Məhkəmədə videoyazı təqdim edilib, kadrlarda üstü qan içində olan oğlanın əlində qətlə yetirilmiş müəllimənin şalvarı ilə ayaqyolundan çıxdığı görünür. Axtarışlar zamanı məktəblinin çantasından qan izləri olan maska və bıçaq aşkar edilib.

Törədilən cinayətin ağırlığı nəzərə alınaraq onu yetkinlik yaşına çatmış insan kimi mühakimə ediblər.

Müdafiə tərəfi Filipin psixi xəstəlikdən əziyyət çəkdiyini iddia etsə də, bu ittiham verdiktinin çıxarılmasına mane olmayıb. Yeniyetməyə dair yekun qərar bir müddət sonra elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO