“Yeni pulların üzərində maliyyə nazirinin imzası olmayacaq”x9d.
2016-ci ildə Gürcüstan Milli Bankı dövriyyəyə yeni 20, 50 və 100 lari əskinasları buraxacaq.
Oxu.Az “Qruziya Onlayn”x9da istinadən xəbər verir ki, bu haqda Milli Bankın başçısı Georgi Kadaqidze bildirib.
Onun sözlərinə görə, yeni əskinaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq.
Baş bankir qeyd edib ki, yeni dizayn ən böyük dəqiqliklə fərqlənir və Gürcüstanın müasir mədəni-tarixi mirasını özündə əks etdirir.
Bundan başqa o bildirib ki, yeni əskinaslar qoruyucu mexanizmlərdən istifadə edilməklə hazırlanıb, buna görə də onlar köhnəlməyə və çirklənməyə daha az meyilli olacaq.
Onu da əlavə edək ki, yeni əskinasların dizayneri Baçana Malazoniyadır.
Qeyd edək ki, bu il Gürcüstan milli valyutasının dövriyyəyə buraxılmasının 20 illiyi tamam olur.



































































































