Hicaba görə qovulan aktrisa:

Hicaba görə qovulan aktrisa: "Başımı bağlamayacağam!" - FOTOLAR

Hazırda oxunan: Hicaba görə qovulan aktrisa: "Başımı bağlamayacağam!" - FOTOLAR

104075
"Qadın hüquqlarının kobud şəkildə pozulmasına etirazlarımı davam etdirəcəyəm. Hədələr və qorxular vasitəsilə məni yolumdan döndərə biləcəklərini düşünənlər yanılırlar".

İranlı aktrisa, hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yaşayan Sədəf Taherian İranda qadınların ictimai yerlərdə mütləq şəkildə başıbağlı olmalarını tələb edən qanunlara etiraz edir.
Milli.Az Gulf Times-a istinadən bildirir ki, aktrisanın dediyinə görə, İranda yaşayarkən filmlərə çəkiləndə aşağılanıb, hüquqları pozulub.
"Məndən daim başımı bağlamağı, hicabda olmağımı tələb edirdilər. Facebook və İnstagram-dakı profillərimdə başıaçıq fotolarımı yayandan sonra isə ümumiyyətlə, filmlərə çəkilişimi yasaqladılar. Hətta İrandakı fotolarıma fotoşopla "yaylıq" da əlavə etdilər.
Bu səbəbdən ölkəmi tərk etmişəm, Dubaydayam", - S.Taherian deyib.

S.Taherian karyerasını Dubayda davam etdirəcəyini, filmlərə çəkiləcəyini deyib.

Hicaba görə qovulan aktrisa: Hicaba görə qovulan aktrisa:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO